Azərbaycan 2022-ci ilin yanvar-sentyabr aylarında 85 min 245,08 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 27% azdır.
Azərbaycanda sürücülər bahalaşan “premium” benzinini Aİ-92 ilə "əvəzləyir"
FED.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
İdxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $87 milyon 98,29 min (artım 1,7%) təşkil edib.
Rusiyadan $60 milyon 676,56 min dəyərində (artım 1,8 dəfə) 58 min 892,2 ton benzin (artım 21,8%) idxal edilib. “Premium Euro-95” markalı benzin idxalının 69,1%-i bu ölkənin payına düşüb.
Rumıniyadan $6 milyon 505,55 min dəyərində 7 min 286,18 ton, Bolqarıstandan $11 milyon 846,11 min dəyərində 10 min 456,7 ton, Türkmənistandan $7 milyon 747,05 min dəyərində 8 min 196,25 ton, Belarusdan $323,02 min dəyərində 413,75 ton benzin idxal edilib.
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana $1 milyon 412,28 min dəyərində (azalma 29,3%) 1 min 173,62 ton “Super Euro-98” markalı avtomobil benzini (azalma 48,8%) idxal edilib.
Rusiyadan $931,13 min dəyərində 775,36 ton, Rumıniyadan $481,14 min dəyərində 398,26 ton benzin idxal edilib.
Azərbaycan 2021-ci ildə $111 milyon 106,15 min dəyərində (artım 1,9 dəfə) 147 min 412,23 ton “Premium Euro-95” markalı avtomobil benzini (artım 52%) idxal edib.
2021-ci ildə Azərbaycana $2 milyon 395,07 min dəyərində (artım 14,2%) 2 min 684,79 ton (artım 1,1%) “Super Euro-98” avtomobil benzini idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri isə 2,3 manat təşkil edir. (İnterfaks-Azərbaycan)