Energetika

Azərbaycan 37,45 milyon dollarlıq “Premium Euro-95” markalı benzin - İDXAL EDİB

Azərbaycan 37,45 milyon dollarlıq “Premium Euro-95” markalı benzin - İDXAL EDİB | FED.az
12:35 8 Fev 2020

Azərbaycan 2019-cu ilin yanvar-noyabr aylarında $37 milyon 450,22 min dəyərində 49 min 100,12 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal edib. 

Eləcə də bax: Azərbaycan Rusiyadan 75 milyon dollarlıq AI-92 markalı benzin - İDXAL EDİB

FED.az xəbər verir ki, “Rusiyadan $18 milyon 16,09 min dəyərində 22 min 408,95 ton, Rumıniyadan $19 milyon 42,61 min dəyərində 26 min 247,53 ton “Premium Euro-95” markalı benzin, qalan həcm İran və Yunanıstandan idxal edilib”, - deyə məlumatda bildirilir.

Bundan başqa, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana $1 milyon 645,47 min dəyərində 1 min 860,8 ton «Super Euro-98» markalı avtomobil benzini idxal olunub. $1 milyon 219,71 min dəyərində 1 min 375,9 ton benzin Belarusdan, $425,77 min dəyərində 484,9 min ton benzin isə Rusiyadan idxal edilib.

Xəbər verildiyi kimi, Azərbaycan 2018-ci ildə $44 milyon 75,58 min dəyərində 57 min 718,71 ton «Premium Euro-95» və $1 milyon 69,59 min dəyərində 1 min 104,11 ton «Super Euro-98» markalı benzin idxal edib.

«Premium Euro-95» və «Super Euro-98» markalı benzinlərin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.

Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin litri 1,5 manat, “Super Euro-98” markalı benzinin litri isə 1,6 manat təşkil edir.

İnterfaks

Digər xəbərlər