Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 1,241 mln. ton həcmində neft məhsulları ixrac edib.
Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi məlumata görə, bu neft məhsullarının ümumi dəyəri 312,6 mln. ABŞ dolları təşkil edib.
Bu ilin 10 ayı ərzində ixrac olunan neft məhsullarının miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 32%, dəyəri isə 52% azalıb.
Bu ilin yanvar-oktyabr ayları ərzində neft məhsullarının ümumi ixracda payı 4,34% təşkil edib.