Azərbaycan Türkiyədə qaz elektrik stansiyası almaqda maraqlıdır.
FED.az xəbər verir ki, Dövlət Neft Şirkəti - SOCAR Türkiyədə qazla işləyən elektrik stansiyasına sahib olmaq istəyir. Bu alqı-satqı baş tutsa, məbləği 250 milyon dollar ətrafında olacaq.
Türkiyə mətbuatının məlumatına görə, SOCAR Türkiyədə təbii qazla işləyən elektrik stansiyası almaq niyyətindədir.
«Bloomberg HT»nin məlumatına görə, söhbət Mərkəzi-Anadolu qaz istilik stansiyasının alınmasından gedir. Gücü 870 MVt olan bu stansiya hazırda «Gama Enerji A.S» şirkətinə məxsusdur. Alqı-satqının mümkün məbləği 225-250 milyon dollar arasındadır.
Mənbələr bildirir ki, hələlik, SOCAR bu niyyəti ilə bağlı hüquqi öhdəlik yaradan sənədlər təqdim etməyib.