Azərbaycanda 2005-2015-ci illərdə alternativ enerji sahəsinə 987,4 mln. manat həcmində vəsait yatırılıb. Bunun 83%-i dövlət, 17%-i isə özəl sektorun hesabına həyata keçirilib.
"Fed.az" xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan "Dayanıqlı inkişaf üçün enerji" VII Beynəlxalq Forumda çıxış edən Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov deyib.
C.Məlikovun sözlərinə görə, 2020-ci ildə ölkədə 1,1 mlrd. kubmetr həcmində təbii qaza qənaət olunacaq: "Alternativ enerji sahəsində apardığımız işlər 2020-ci ildə 1,1 mlrd. kubmetr qaza qənaət etməyə imkan verəcək. Bu isə ÜDM-in 7,9% artması deməkdir".