“Azenco” (Azerbaijan Energy Construction) Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Eləcə də bax: Zəngilana Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi - TƏYİN EDİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, Faiq Ağayev Heybət oğlu sədrlikdən çıxarılıb. Onu bu vəzifədə Vüqar Əliyev Tofiqoviç əvəzləyib.
“Azenco” ASC su və istilik elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri, elektrik enerjisinin paylanması sisteminin tikintisi və inkişafı, su və kanalizasiya sistemləri də daxil olmaqla energetika sahəsində fəaliyyəti həyata keçirən enerji tikinti şirkətidir. Şirkət 2002-ci ildə yaradılıb və 6 837 298 manat nizamnamə kapitalına sahibdir.