10 mart 20220-ci il tarixində “Azenco” ASC səhmdarlarının iclası keçirilmişdir.
Eləcə də bax: Dövlət Avtomobil Nəqliyyatı Xidmətində - YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, həmin iclasda qərara alınmışdır ki, Əliyev Vüqar Tofiq oğlu İdarə Heyətinin sədri vəzifəsinə təyin olunsun.
Vüqar Tofiq oğlu Əliyev Azərbaycan Neft Akademiyasının məzunudur, master təhsilini isə Böyük Britaniyada “Executive management” ixtisası üzrə almışdır. Bir çox xarici ölkələrdə, o cümlədən ölkəmizdə rəhbər vəzifələrdə çalışmışdır.
2 ilə yaxın müddətdə, “Azenco” ASC İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışmışdır.
Ailəlidir, 3 övladı var.