Neft hasilatı üzrə kvotaların tədricən artırılması ilə dəstəklənən tələbatın yüksəlməsi və neftin bahalaşması 2021-ci ilin ikinci yarısında Azərbaycanın ümumi iqtisadi göstəricilərini dəstəkləyəcək.
Eləcə də bax: AYİB Azərbaycan iqtisadiyyatı üzrə - PROQNOZUNU YAXŞILAŞDIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) "Regional İqtisadi Perspektivlər" adlı yenilənmiş hesabatında deyilir.
Qeyd edilir ki, ölkə iqtisadiyyatı bu il 4%, 2022-ci ildə isə 3,2% artacaq. Sözügedən proqnozun əsas riskləri kimi, iqtisadiyyatın struktur zəifliyi, geosiyasi proseslər və əmtəə qiymətlərində mümkün volatillik göstərilir. Xatırladaq ki, 2020-ci ildə ölkə iqtisadiyyatı 4,3% kiçilib.
Onu da qeyd edək ki, ötən gün energetika naziri Pərviz Şahbazov "Bloomberg"ə açıqlamasında Azərbaycanın "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaldılması üzrə təşəbbüs) istehsalçılarının dekabrda gündəlik xam neft hasilatını 400 min barel artırmaq planını dəstəkləyəcəyini bildirmişdi.