Son günlər sosial şəbəkələrdə və bəzi platformalarda fərdi yaşayış evlərində hibrid və elektrik avtomobillərinin batareyalarının doldurulması üçün quraşdırılan elektrik şitlərinə (şarj stansiyası) görə vətəndaşlara “Azərişıq” ASC tərəfindən cərimələrin tətbiq olunacağı ilə bağlı iddialar yayılıb. İddialarda bildirilib ki, bu cür şitlər fiziki şəxslərin evlərində quraşdırılsa da onların rəsmiləşdirilməsi, texniki şərtin alınması vacibdir. Əks halda belə şitlərin quraşdırılması qanunsuz hesab ediləcək və aşkarlandığı halda mənzil sahibləri cərimələnəcəklər.
Ağdamda elektromobillər üçün şarj cihazları istehsal ediləcək - Azərbaycanda ilk
FED.az xəbər verir ki, “Azərişıq” ASC bildirilib ki, fərdi evlərdə elektrik və ya hibrid avtomobillərin doldurulması üçün ayrıca şitlərin quraşdırılmasına görə cərimə tətbiq olunması ilə bağlı hər hansı qərar, göstəriş və ya normativ sənəd mövcud deyil.
“Azərişıq”dan verilən açıqlamada vurğulanıb ki, hazırda bu mövzuda qurumun rəsmi mövqeyi və ya məhdudlaşdırıcı tələbi yoxdur və sosial mediada yayılan məlumatlar reallığı əks etdirmir.
Qeyd edilib ki, vətəndaşlar yalnız mövcud elektrik şəbəkəsindən istifadə zamanı təhlükəsizlik qaydalarına və texniki normalara riayət etməlidirlər. Elektrik avadanlıqlarının quraşdırılması zamanı şəbəkəyə həddindən artıq yüklənmə yaradılmaması və sayğacdan kənar qoşulmalara yol verilməməsi əsas şərt kimi göstərilib. (Sfera.az)










