Hesabat dövründə xaricə qaz satışı 7,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz çoxdur.
Eləcə də bax: Azərbaycanın xaricə qaz satışı 17 faizdən çox - ARTIB
FED.az xəbər verir ki, Energetika Nazirliyindən bildirilib ki, cari ilin yanvar-aprel aylarında Türkiyəyə 2,9 milyard kubmetr, Avropaya 3,5 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Bu dövrdə Bakı-Tbilisi-Ceyhan boru kəməri sisteminə 36 milyon kubmetr qaz verilib.
Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2 milyard kubmetrə yaxın qaz nəql olunub. (Azərtac)