Avropa İttifaqının (Aİ) 13 ölkəsi təşkilatın rəhbərliyinə ünvanladığı məktubda idxal olunan istənilən təbii qaza maksimum qiymət həddi tətbiq etməyə çağırıb.
Eləcə də bax: "Enerji qiymətləri düşməsə, iqtisadiyyat çökəcək"
FED.az xəbər verir ki, bu barədə İtaliyanın “Il Sole 24 Ore” nəşri məlumat yayıb.
“Getdikcə daha çox Aİ ölkəsi maksimum qiymət həddinin tətbiqi ilə bağlı çağırışlara qoşulur. Bu, ölkələrə inflyasiyanın təsiri ilə mübarizə aparmağa, təchizatçı şirkətlərin həddindən artıq mənfəət əldə etməsini məhdudlaşdırmağa yardım göstərə biləcək yeganə tədbirdir”, - müraciətdə deyilir.
Bu məktuba İtaliya, İspaniya, Polşa, Yunanıstan, Belçika, Malta, Litva, Latviya, Portuqaliya, Sloveniya, Slovakiya, Xorvatiya və Rumıniya imza atıb. (Report)