Keçən həftə Avropada enerji kömürünün bir tonunun qiyməti (İstilik Elektrik Stansiyalarda istifadə edilən – red.) 232 ABŞ dollarını ötüb. Bu, ən azı son 20 ilin rekord göstəricisidir.
FED.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı "Argus" beynəlxalq qiymət agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, son həftə ərzində Şimal-Qərbi Avropada 6 000 kkal/kq kalorili enerji kömürünün qiyməti 16,5% artaraq bir ton üçün tonu 232,2 dollara çatıb (CIF Amsterdam – Rotterdam – Antverpen (bu nöqtələrdə təhvil verməklə)).
Qiymətin artımı təbii qazın sürətlə bahalaşması və Avropa bazarında kömür çatışmazlığı ilə izah edilir. (Apa)