Avropada təbii qazın birja qiymətləri martın 8-dən bəri ilk dəfə 1 000 kubmetr üçün 2 450 ABŞ dollarını ötərək, təxminən, 6 % bahalaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu ICE London Fond Birjasının məlumatları göstərir.
Avropanın ən böyük virtual ticarət platforması olan TTF indeksi üzrə sentyabr fyuçerslərinin ən minimum qiyməti 1 000 kubmetr üçün 2 416,3 ABŞ dolları, maksimum qiyməti isə 2 463,5 ABŞ dolları təşkil edib (Report).