Avropa birjalarında təbii qazın qiyməti martın 10-dan bəri ilk dəfə min kubmetr üçün 1 700 dolları ötüb.
FED.az xəbər verir ki, Niderlandın TTF habında təbii qazın avqust fyuçersləri 1 721,7 dollar ətrafında alınıb-satılır.
Gün ərzində qiymətlər 8 faiz artıb.
Ötən həftənin sonunda Avropada təbii qazın min kubmetri 1 600 dolları ötmüşdü.
Xatırladaq ki, martın 7-də Avropada təbii qaz qiymətləri tarixi rekord vuraraq 3 900 dollara çatmışdı. (Trend)