Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 590 dollar həddini keçib.
FED.az xəbər verir ki, səhər saatlarında Niderlandda TTF birjasında qazın oktyabr fyuçersləri 592 dollara alınıb-satılırdı.
Hazırda təbii qaz qiymətləri min kubmetr üçün 586 dollar təşkil edir.
Xatırladaq ki, ötən həftə birjalarda təbii qaz qiymətlər 580 dollar həddini keçmişdi. (Trend)