Ukraynadan Rusiya qazının tranzit həcmlərinin 2 dəfə artması fonunda Avropada qazın min kubmetrinin qiyməti 900 ABŞ dollarından aşağı, yəni 8 faiz düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Londonun ICE birjasının məlumatlarına görə, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın mart fyuçerslərinin qiyməti min kubmetr üçün 899,99 ABŞ dollarınadək düşüb. Ümumi ucuzlaşma 8% təşkil edib.
Qeyd edək ki, “Qazprom” şirkəti Ukrayna ərazisindən keçməklə qaz tranzitini yanvar ayı ilə müqayisədə 1,8% artırıraq, 107,7 milyon kubmetrə çatdırıb.
Bununla da həcm uzunmüddətli müqavilə əsasında bron edilmiş həcmə (gündəlik, təxminən, 109,5 milyon kubmetr) yaxınlaşıb.