Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dolları civarında ticarət olunur.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, 19 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) dekabr fyuçerslərinin qiyməti hərracların açılışından sonra ilk 40 dəqiqə ərzində 1 111 dollara çatıb. Lakın sonra qeyd olunan göstərici 1 058,5 dollaradək enib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 5,6% azdır.