Norveçdə çərşənbə axşamı keçiriləcək neft-qaz sektorunda çalışan işçilərin etiraz aksiyası artıq Avropada qazın qiymətinin artmasına səbəb olub.
Eləcə də bax: Tarixdə ilk dəfə Avropanın ABŞ-dan aldığı qaz Rusiya qazını üstələyib
FED.az xəbər verir ki, Norveç neft və qaz assosiasiyası bildirib ki, “Lederne” idarəedici personalın həmkarlar ittifaqı keçiriləcək aksiya çərçivəsində üç yatağı bağlayacaq. Bundan əlavə, tətilçilərin tələbləri yerinə yetirilməsə, çərşənbə günü daha üç yataq bağlana bilər.
Qeyd olunur ki, bazar ertəsi Avropada qaz fyuçersləri 9,8% artıb və bütün cari il ərzində onların dəyəri iki dəfədən çox yüksəlib. (Apa)