Sentyabrın 29-da Avropa birjasında qazın qiyməti növbəti tarixi rekord vurub.
FED.az xəbər verir ki, qazın 1 min kubmetrinin qiyməti 1050 dollara çatıb. Bundan əvvəl qaz 1040 dolara satılırdı.
«ICE Futures» birjasının məlumatlarına görə, sentyabrın 29-da birjada noyabr müqavilələri üzrə qazın qiyməti 955 dollardan başlaybı. Gün ərzində qaz tədricən bahalaşıb və Bakı vaxtilə saat 19-15-də 1064 dollara yüksəlib, bu dünənki qiymətdən 10% artıqdır.
Qey dedək ki, Avropada qazın qiymətində sıçrayış son bir ayda başlayıb. Hələ avqustun ayın əvvəlində 1 min kubmetr qayzan qiyməti 515 dollar idi. Avqustan sonunda isə qiymətlər 600 dollara çatırdı.