Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti 800 ABŞ dollarını ötüb.
FED.az bu barədə ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, 14 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində bir MVt-saat üçün 65,5 avro təşkil edib (bir kubmetr üçün təqribən 801,2 dollar).
Xatırladaq ki, ötən həftə Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 700 dolları ötüb. (Apa)