Bu gün keçirilən hərraclar zamanı Avropa fyuçers bazarında qazın qiyməti yeni tarixi maksimuma çataraq, min kubmetr üçün 670 ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, sentyabrın 8-də keçirilən ticarət sessiyasının əvvəlində Niderlandın TTF (Avropanın ən likvid virtual satın mərkəzi) indeksi üzrə oktyabr ayı üçün qaz fyuçerslərinin qiyməti min kubmetr üçün 661,6 ABŞ dolları olub, gün ərzində isə 649,1 dollaradək korrektə olunub. Lakin Bakı vaxtı ilə saat 14:12-də sözügedən göstərici 672,3 dollara çatıb.
Xatırladaq ki, avqustun 30-da Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 600 dolları ötüb. (Apa)