Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 650 ABŞ dollarında yuxarı səviyyəsində qərarlaşıb.
FED.az xəbər verir ki, 1 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 656,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (646,4 dollar) ilə müqayisədə 1,6% çoxdur.