Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 435 ABŞ dollarına yaxınlaşıb.
FED.az xəbər verir ki, 26 sentyabr tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə oktyabr fyuçerslərinin qiyməti 434,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (431,4 dollar) ilə müqayisədə 0,7% çoxdur.