Aprelin 7-də Avropada birja hərraclarında təbii qazın qiyməti 1 min kubmetr üçün 400 dollardan aşağı düşüb.
FED,az xəbər verir ki, bu 2024-cü ilin sentyabrından bəri ən aşağı qiymətdir. Dünən Londonun ICE birjasında qaz 2% ucuzlaşıb.
Qazın ucuzlaşmasının səbəbi neftdir – aprelin 3-dən, yəni Tramp yeni tarifləri elan etdikdən bəri dünyada neft sürətli ucuzlaşıb. Üstəlik OPEK+ ölkələri də neft hasilatını 135 min barel əvəzinə, gündə 411 min barel artırmaq barədə qərar qəbul ediblər. Nəticədə son 4 gündə Brent nefti 10 dollar dəyər itirərək 2021-ci ilin aprelindən bəri ilk dəfə olaraq 63 dollardan aşağı düşüb.