Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2021-ci ilin mart-aprel aylarından bəri ilk dəfə olaraq min kubmetr üçün 250 dollardan aşağı enib.
FED.az xəbər verir ki, 23 mart tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə mart fyuçerslərinin qiyməti 249,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (260 dollar) ilə müqayisədə 3,9% azdır.