Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 210 ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, 10 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 211,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 8,6% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib. (Apa)