Avropanın ən böyük onlayn qaz satışı mərkəzi olan TTF-də qiymətlər 342 USD/1000 kubmetrə çatıb ki, bu da 2018-ci ilin 26 sentyasbr tarixindən bu yana ən yüksək rəqəmdir.
Eləcə də bax: Rusiyanın neft-qaz ehtiyatlarının bitəcəyi vaxt - Açıqlanıb
FED.az xəbər verir ki, bahalaşmanın başlıca amili karbon qazı tullantıları üçün ödənilən haqqın davamlı artmasıdır. Bununla yanaşı Asiya bazarlarında LNG-nin bahalaşması və boru kəmərlərindən qaz nəqlinin azalması da töhfə verib.
İlin əvvəlindən bu yana TTF-də “ertəsi gün” fyüçerslərinin orta qiyməti 246 USD/1000 kubmetr təşkil edib.
Qeyd edək ki, başa çatan isitmə mövsümündə Avropa yüraltı anbarlarından 69,5 milyard kubmetr qaz çıxarılıb ki, bu da rekord göstəricidir. Gələn mövsümün başlamasınadək yeraltı anbarlara bu qədər qaz vurmaq çətin məsələdir. Mayın 15-nə olan vəziyyətə görə regionunb yeraltı qaz anbarlarının dolum səviyyəsi 32,74 faizdi ki, bu da son 5 ilin orta səviyyəsindən 13,3 faiz bəndi aşağıdır. (Report)