Avropanda təbii qazın birja qiymətləri 2025-ci ilin iyun ayından bəri ilk dəfə olaraq 1 min kubmetr üçün 450 dolları keçib.
Azərbaycan Avstriya və Almaniyaya - QAZ SATMAĞA BAŞLAYIB
Dünən keçirilən birja hərraclarında fevral müqavilələri üzrə qiymətlər əvvəlcə 411 dollara, daha sonra hərracların axırında isə 449,5 dollara çatıb. Xatırladaqa kİ, Avropada qazın qiyməti sonuncu dləfə 450 dollara ötən ilin iyununda çatmışdı.
Ümumiyyətlə 2025-ci ildə Avropada qazın orta qiyməti 420 dollar olub ki, bu da 2024-cü ildəki qiymətdən 9% artıqdır.
Xatırladaq ki, 1996-cı ildən bəri Avropada qazın ən yüksək qiymətləri 2021-2022-ci illərdə qeydə alınıb. Rekord qiymət isə 2022-ci ilin yazında, Rusiya Ukraynaya hücum edəndən sonra qeydə alınıb – 1 min kubmetr üçün 3 892 dollar.









