Fevralın 7-də Avropa birjalarında qazın qiyməti kəskin artıb.
FED.az xəbər verir ki, Londonun ICE birjasında qazın 1 min kubmetrinin qiyməti 600 dollara çatıb ki, bu da 2023-cü ilin 13 oktyabrından bəri ən yüksək qiymətdir.
Eyni zamanda Niderlanddakı TTF qaz habında mart fyuçerslərinin qiyməti 580 dollardan başlasa da, gün ərzində 3,5% artaraq 601,5 dollara çatıb. Doğrudur, sonradan qazın qiyməti cüzi azalaraq 598 dollara enib.
Ekspertlərin fikrincə, Avropada qazın qiymətinin artması regionda havaların soyuması nəticəsində qaza tələbatın artması ilə bağlıdır.
Qaz bazarını izləyən «Gas Infrastructure Europe» şirkətinin məlumatına görə. Fevralın 4-də Avropa Birliyinin qaz anbarlarının doluluğu 51% təşkil edib. Bu da bir il əvvəlki vəziyyətlə müqayisədə 25% azdır.
Qeyd edək ki, 2024-cü ildə Avropa bazarında qazın orta qiyməti 386 dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 16,3% artıqdır. 2021-2022-ci illərdə qiymətlər daha yüksək olub. Qazın qiymətində tarixi rekord isə 2022-ci ilin yazın əvəlində qeydə alınıb – 1 m in kubmetr üçün 3892 dollar. Bu qiymət Rusiyanın Ukrayna ilə müharibəyə başlamasından dərhal sonra qeydə alınmışdı.
«Bloomberg»in ekspertləri güman edir ki, aprel aynıda qaz anabarlarında qalan qazın həcmi 30-35%-ə düşəcək, bir il əvvəl isə bu rəqəm 55–65% təşkil edirdi. Qaz ehtiyatları soyuq havaya, həm də Ukraynajan qaz tranzitinin dayanmasına görə sürətlə azalır.