Avropada təbii qazın birja qiyməti iyulun 26-da 21% bahalaşaraq mart ayının əvvəlindən bəri ən yüksək həddə çatıb.
Eləcə də bax: Azərbaycan İtaliya və Yunanıstana qaz ixracını - 3 DƏFƏ ARTIRIB
FED.az xəbər verir ki, bahalaşmaya səbəb Rusiya tərəfinin qaz ixracını bir qədər də azaldacağı barədə bəyanatı olub. Belə ki, rəsmi Moskva «Şimal axını» kəməri ilə qaz ixracını borunun gücünün 20%-ə qədər endirəcəyini bildirib. Bu o deməkdir ki, gündəlik 170 milyon kubmetr ötürmə gücü olan kəmərlə cəmi 33 milyon kubmetr qaz nəql ediləcək.
Nəticədə iyulun 26-da Avropada qazın 1 min kubmetrinin qiyməti 2200 dollara çataraq martın əvvəlindən bəri ən yüksək hədd çatıb.
London birjasında qazın avqust ayı müqavilələri üzrə qiyməti 2 244 dollar olub. Xatırladaq ki, iyulun 25-də, yəni bir gün əvvəl birjada qazın qiyməti 1720 dollarla başlayıb, 1852 dollarla bitmişdi.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.