Avropa İttifaqı ölkələrində qaz anbarlarının dolumluluq səviyyəsi 88%-dən aşağı enib.
FED.az xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) bildirib.
Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 87,68% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 2,14 faiz bəndi azdır.
Qeyd olunur ki, cari ilin noyabrın 24-də anbardan 322 mln. kubmetr qaz çıxarılıb və cəmi 86 mln. kubmetr vurulub.
Bildirilir ki, hazırda anbarlardakı qazın ümumi həcmi 97,3 mlrd. kubmetrə yaxındır.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. (Apa)