Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 84%-i ötüb.
FED.az xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) bildirir.
Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 84,12% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 9,18 faiz bəndi çoxdur.
Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi təqribən 92,5 mlrd. kubmetr təşkil edir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. (Apa)