Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 79%-i üstələyib.
FED.az xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) bildirir.
Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 79,14% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 9,62 faiz bəndi çoxdur.
Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi təqribən 87 mlrd. kubmetr təşkil edir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. (Apa)