Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 300 ABŞ dollarından yuxarı qalxıb.
FED.az xəbər verir ki, 1 iyun tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 303,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (279,2 dollar) ilə müqayisədə 8,7% çoxdur.