Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 620 ABŞ dolları səviyyəsində qərarlaşıb.
FED.az xəbər verir ki, 31 yanvar tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 662,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (621,2 dollar) ilə müqayisədə 6,6% çoxdur.