Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 325 ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, 24 yanvar tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 325,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (306 dollar) ilə müqayisədə 6,3% çoxdur.