Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 501 ABŞ dolları səviyyəsində qərarlaşıb.
FED.az xəbər verir ki, 6 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi 501,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (531,7 dollar) ilə müqayisədə 5,7% azdır.