Qışda qaz və enerji problemi ilə üzləşmək ehtimalı olan Avropada hazırlıq işləri başlayıb.
Eləcə də bax: Fransada kondisioner işləyərkən qapıları açıq qoyan mağazalar - CƏRİMƏLƏNƏCƏK
FED,az xəbər verir ki, Hollandiyada enerji böhranına qarşı görüləcək yeni tədbirlər açıqlanıb.
Belə ki, 2023-cü il yanvarın 1-dən etibarən qaz və elektrik enerjisi qiymətlərinə il boyu müvəqqəti tavan qiymət tətbiq olunacaq ki, bu da bir kubmetr qaz üçün təxminən 1,50 avro və bir kilovat elektrik enerjisi üçün 70 sent təşkil edir.
Enerji qiymətlərindəki dəyişiklikdən asılı olaraq tavan qiymətinin endirilə biləcəyi bildirilib, amma qaz üçün qiymət 1 kubmetr üçün 1,20 avrodan aşağı düşməyəcək.
Tavan qiymət tətbiqi sayəsində orta ev təsərrüfatı ildə 2 280 avro və ayda 190 avro qənaət edəcək.
Bildirilib ki, hökumət qiymətlərin yuxarı həddini orta səviyyədə təmin edib, bu, bir ev təsərrüfatının ildə orta hesabla 1200 kubmetr qaz və 2 min 400 kilovat elektrik enerjisi istehlak edəcəyini hesablamaqla həyata keçirilir. Orta hesabla qaz və elektrik istehlak edən ev 290 avronu keçməyəcək.
Bildirilib ki, enerji ödənişlərinə iki fərqli ödəniş əks olunacaq, orta istehlak limitinə qədər olan hissə üçün sabit tavan qiyməti, orta istehlakdan yuxarı olan hissə üçün isə bazar qiyməti əks olunacaq. Bunun enerjiyə qənaəti təşviq etmək üçün edildiyi paylaşıldı.
Noyabrın 1-dən etibarən aylıq enerji ödənişlərinin aralıq həll yolu ilə azaldıla biləcəyi bildirilərkən, enerji şirkətlərinin gələn qışda haqqını ödəyə bilməyən ev təsərrüfatlarının qaz və işığını kəsməsinə icazə verilməyəcəyi açıqlanıb. ev təsərrüfatlarının böyük borclar yaratmasının qarşısını almaq üçün təcili yardım fondu yaradılacaq.
Tavan qiymət tətbiqinə görə, gələn il üçün enerji vergisinin azaldılması planının ləğv edildiyi paylaşıldı.
Qiymət tavanına əlavə olaraq, gələn il aztəminatlılara 1300 avro həcmində enerji əlavəsi veriləcəyi qeyd edilib.