Finlandiyada elektrik enerjisinin qiyməti mənfiyə düşüb.
Eləcə də bax: Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalına çəkdiyi xərci - 13% AZALDIB
FED.az xəbər verir ki, buna səbəb enerji alınması üçün olduqca əlverişli sayılan küləkli hava şəraitinin davam etməsi ilə bağlıdır. Nəticədə Nord Pool enerji birjasında elektrikin qiyməti mənfiyə düşüb.
Hazırda Finlandiyada mülayim qış və küləkli hava davam edir ki, bu da ölkədəki külək enerji generatorlarına tam gücü ilə işləməyə imkan verir.
Nəticədə fevralın 17-də ölkədə 1 kilovat saat enerjinin qiyməti mənfi 20 avrosentə düşüb.
Bundan başqa, bu il Finlandiyada qış dövrü üçün rekord səviyyədə aşağı enerji qiymətləri müşahidə edilir – yanvar ayında enerjinin qiyməti ötənilkindən 17 sent aşağı olub.