Ukraynanın enerji sistemini qorumaq üçün yaradılmış fond indiyədək Ukraynaya 1 milyard avroluq avalanlıq və müxtəlif vasitələr ayırıb.
FED,az xəbər verir ki, bu fondu Avropa Birliyinin Enerji Katibliyi idarə edir. Katibliyin məlumatına görə, hazırda fondun 30 donoru var, bura müxtəlif ölkələr və 6 şirkıt və təşkilat aiddir.
Ukraynanın enerji sisteminə dəstək üçün 535 min avroluq ilk ödənişi 2022-ci ildə Danimarka etmişdi, indi bu məbləğ 1 milyard avronu keçib. İndiyədək bu məqsədlə ən böyük vəsaiti Almaniya ayırıb – 390 milyon avro, Avropa İttifaqı 159 milyon, İsveç isə 139 milyon vəsait ayırıb. Bununla bağlı sonuncu vəsaiti Lüksemburq ayırıb – 2 milyon avro Rusiyüa hücumlarından zərər çəkən Ukraynanı enerji infrastrukturuna xərclənəcək.
İndiyədək bu vəsaitlər Ukraynanın 56 təşkilatına ödənilib. Bununla bağlı 644 müqavilə bağlanılıb, daha 188müraciət də həllini gözləyir. Müqaviləyə görə, Ukrayna öz enerji sisteminə lazım olan avadanlıqları sifariş edib, alır, pulunu isə fond ödəyir. Bu avadanlıqlar Ukraynanın 21 regionunda istifadə olunub.