Avropa ölkələri Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalında rekord göstəricilərə çatıb. Qitədə enerji mənbələrinə olan tələbatın artması və alternativ təchizat yollarının kifayət etməməsi bu qərarın əsas səbəbləri sırasındadır.
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
FED.az xəbər verir ki, Rusiya, təbii qaz ixracatında LNG-nin payını artıraraq Avropaya daha çox qaz göndərir. Qeyd edək ki, 2023-cü ildə Aİ ölkələri Rusiyadan 6,1 milyard avro dəyərində LNG idxal edib ki, bu da Rusiyanın ümumi LNG ixracının yarıdan çoxunu təşkil edir.
Ekspertlər qeyd edir ki, bu tendensiya Avropa enerji bazarında strateji dilemmanı daha da dərinləşdirir. Bir tərəfdən, ölkələr enerji ehtiyatlarını artırmağa çalışır, digər tərəfdən, siyasi və iqtisadi təsirləri nəzərə alaraq uzunmüddətli enerji planlarında dəyişikliklər etməli olurlar.