Fevralın ortalarında Avropa anbarlarında qaz ehtiyatları rekord səviyyədə yüksək olub - 73,4 milyard kubmetr.
"bp “Şahdəniz”də gündəlik hasilatı 72 milyon kubmetr səviyyəsində saxlamağı planlaşdırır"
FED.az xəbər verir ki, hazırda Avropanın qaz anbarları 66,58 faiz doludur. Bu son beş ilin analoji dövrünün orta göstəricisindən 15,38 faiz çoxdur. Fevralın 12-də anbarlardan 376 milyon kubmetr qaz götürülüb və 20 milyon kubmetr vurulub. İstilik mövsümü başlayandan bəri isə götürülən qazın həcmi 40,3 milyard kubmetrə çatıb.
Avropa ölkələri yeraltı anbarlarını hələ avqustun ortalarında 90 faizədək doldurmuşdu və isitmə mövsümünün əvvəlində bu göstərici 99,63 faizə çatmışdı.
Londonun ICE birjasının məlumatına görə, Niderlanddakı TTF habında min kubmetr qazın fevral fyuçersinin qiyməti 2023-cü ilin iyulundan bəri ilk dəfə olaraq 280 dollardan aşağı düşüb. (Trend)