Neft İxrac Edən Ölkələrin (OPEK) üzvü olan dövlətlərin neft hasilatının həcmi avqust ayında gündəlik olaraq 419 min barel azalaraq iyul ayının göstəriciləri ilə müqayisədə gündəlik 32,8 mln. barel təşkil edə bilər.
“Prime” agentliyinin yazdığına görə, bu barədə tankerlərin hərəkətinin müşahidə edən “Petro-Logistics” konsaltinq şirkətinin hesabatında deyilir.
“Gözlənilir ki, avqust ayında OPEK üzvü olan 14 ölkənin tədarükünün ümumi orta həcmi gündəlik olaraq 32,8 mln. barel təşkil edəcək. Bu isə 2017-ci ilin iyul ayında əldə olunmuş maksimumdan gündəlik olaraq 410 min barel azalmaya bərabərdir”, deyə hesabatda qeyd edilir.
“Petro-Logistics”in məlumatına görə, avqustun birinci yarısında OPEK-in neft ixracı gündəlik olaraq 750 min barel azalıb: “Bu dinamika Yaxın Şərq və Afrikada göstəricilərdən irəli gəlir. Latın Amerikası ölkələrində ixrac əksinə artıb”.