Avqustun əvvəlindən etibarən Avropada təbii qazın orta birja qiymətində 19% artım qeydə alınıb.
Azərbaycan nefti xarici ölkələrə neçəyə satılır - CƏDVƏL
FED.az xəbər verir ki, son 15 gündə Avropada qaz 19% bahalaşaraq 1 min kubmetr üçün 435 dollara yüksəlib. Bub arədə Londonun ICE birjasında hərracların yekununda məlum olub.
Qeyd edək ki, hələ avqustun əvvəlində qaz fyuçersləri üzrə qiymət 390 dollar ətrafında idi. Qazın qiymətinin kəskin artması avqustun 6-dan – Ukrayna qoşunlarının Rusiyanın Kurs vilayətinə hücumundan sonra başlayıb.
Bu ərazidə – Suca rayonunda Rusiya qazının Ukraynadan keçməklə Avropaya ixracı üçün yeganə marşrutda yerləşən qaz ölçmə stansiyası yerləşir.
Nəticədə avqustun 12-də qazın qiyməti ötən ilin dekabrından bəri rekord vuraraq 480 dollara yüksəlib.
Hazırda bu stansiyadan gündə 42 milyon kubmetr qaz ixrac edilir.