Qlobal miqyasda artan neft tədarükü ən azı üç həftə ərzində anbarların tutumunun dolmasına səbəb ola bilər.
FED.az xəbər verir ki, bu barədə ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” məlumat yayıb.
Eləcə də bax: Azərbaycan 25 ildə ilk dəfə BP-ni neft hasilatını - AZALTMAĞA ÇAĞIRIB
Banka görə, treyderlər, emal zavodları və infrastruktur təminatçıları Avropanın neft paylama mərkəzi və neft boru kəmərləri ətrafındakı ən kiçik boşluqlar da daxil olmaqla öz neftlərini saxlayacaq yerlər axtarırlar.
ABŞ-ın xam neft fyuçersləri üçün paylama mərkəzi olan Oklahoma ştatının Cushing şəhərində də anbarlar sürətlə dolur və bu, Birləşmiş Ştatların neftinin qiyməti üzərində təzyiqi artırır.
Azərtac