Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 5 610,1 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
FED.az Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,3% çoxdur.
Təkcə sentyabr ayında isə ARDNF-in valyuta satışının məbləği 606,4 milyon dollar təşkil edib. Bu isə ötən ilin sentyabr ayına nisbətən 2% azdır. (Report)