Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun tərtib etdiyi Suveren Fondlarının Şəffaflıq və Hesabatlılığı qiymətləndirmə cədvəlində 92 xalla 60 suveren fond arasında 4-cü yerdə qərarlaşıb.
ARDNF-dan Fed.az-a verilən məlumata görə, verilən məlumata görə, aparılan qiymətləndirmə nəticəsində cədvəldə ilk beşlikdə Norveç Pensiya Fondu (1-ci yer), Yeni Zelandiya Pensiya Fondu (2-ci yer), Amerika Birləşmiş Ştatlarının Vayominq Mineral Trast Fondu (3-cü yer), Azərbaycan Respublikası Dövlət Neft Fondu (4-cü yer) və Kanadanın Alberta Mirası Trast Fondu (5-ci yer) yer alıb.
Qeyd edək ki, Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu 1981-ci ildə təsis edilib və özəl və qeyri-kommersiya təşkilatı olub beynəlxalq iqtisadiyyatın araşdırılması sahəsində ixtisaslaşıb.