2017-ci il sentyabr ayının 6-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini İsrafil Məmmədov ilə MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının nümayəndə heyəti arasında görüş keçirilib.
Fonddan FED.az-a verilən məlumata görə, İ. Məmmədov qonaqlara ARDNF-nin fəaliyyəti, Azərbaycan iqtisadiyyatında rolu, maliyyələşdirdiyi layihələr, vəsaitlərin idarə edilməsi və investisiya fəaliyyəti, eləcə də şəffaflığın təmin edilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.
Görüşün sonunda ARDNF-in fəaliyyətinə dair qonaqları maraqlandıran suallar cavablandırılıb.
Qonaqlar Fondun inzibati binası və muzeyi ilə də tanış olublar.
ARDNF-də MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının nümayəndə heyəti ilə görüş keçirilib
13:48
6 Sen 2017