Səudiyyə Ərəbistanının “Aramco” enerji şirkəti dünyanın ən böyük konsorsiumlarından biri olan “EIG Global Energy Partners” ilə 12,4 milyard dollarlıq kontrakt imzalayıb.
“Fitch” SOCAR-ın uzunmüddətli reytinqini - Təsdiqləyib
FED.az xəbər verir ki, neft kəmərlərinin müddətli icarəsinə dair bağlanılan müqavilə Səudiyyə şirkətinin səhmlərinin dəyərini artırıb.
Müqavilənin şərtlərinə görə, “Aramco”nun nəzdində yaradılan “Aramco Oil Pipeline Company” adlı törəmə şirkət 25 il müddətinə neft kəmərlərini icarəyə verəcək. Eyni zamanda, yeni yaradılan törəmə şirkətin də səhmlərinin 51 faizi “Aramco”ya məxsus olacaq.
“Aramco”nun prezidenti Əmin Nasir bildirib ki, mərkəzi ofisi Vaşinqtonda yerləşən və qlobal enerji infrastrukturu tranzaksiyasını həyata keçirən “EIG Global Energy Partners” ilə əməkdaşlıq Səudiyyə Ərəbistanının enerji nəhənginə neft kəmərlərindən sabit gəliri təmin edəcək. Bundan başqa, imzalanmış kontrakt krallıqda 2030-cu ilədək reallaşdırılacaq daxili iqtisadiyyata 1,3 trilyon dollar həcmində sərmayə qoyulmasına dair “Shareek” proqramına töhfə verəcək. (AZERTAC)