2023-cü ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 626 min barrel olub.
2023-cü ilin yanvar-aprel ayları üzrə neft-qaz göstəriciləri - AÇIQLANDI
Energetika Nazirliyindən FED.az-a verilən məlumata görə, bunun 512 min barrelini xam neft, 114 min barrelini isə kondensat təşkil edib.
Xatırladaq ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.